fim.az

"Xəzərin statusunun müəyyənləşdirilməsində prezident İlham Əliyevin rolu böyükdür" — Komitə sədri

14-08-2018, 13:35

"Xəzərin statusunun müəyyənləşdirilməsində prezident İlham Əliyevin rolu böyükdür" — Komitə sədri
















Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı zamanı Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın qəbul edilməsi məsələsinə münasibət bildirib.
A.Rəhimzadə açıqlamasında deyib ki, Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsində prezident İlham Əliyevin rolu böyükdür:

"Cənab prezidentin də dediyi kimi, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan tərəfi bu sənədin hazırlanması və imzalanmasına öz töhfəsini verib. Bu, Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyənləşdirən bir mühüm sənəddir. Hesab edirəm ki, bu sənəd Azərbaycanın tranzit ölkə kimi rolu və əhəmiyyətini daha da artıracaq, enerji resurslarının dünya bazarına çıxarılmasına və nəqliyyatın inkişafına böyük stimul verəcək".
Komitə sədri qeyd edib ki, Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizini formalaşdırır:

"Bütün bunlar isə iqtisadi əməkdaşlığı möhkəmləndirən, ölkələri bir-biri ilə daha da yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan amillərdir".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 374}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22