fim.az

Azərbaycan onların vandal üzünü dünyaya çatdırır”

1-11-2018, 12:48

Azərbaycan onların vandal üzünü dünyaya çatdırır”















Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilir.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, iclasda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin başçısı Elena Aymone Sessera çıxış edib.

O bildirib ki, təmsil olunduğu qurum Azərbaycanda fəaliyyətə başladığı vaxtdan etibarən münaqişə qurbanları ilə bağlı Komissiya və digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq, qarşılıqlı anlaşma və inam çərçivəsində işlədiyini, saxlama yerlərində əsir-girovlara baş çəkildiyini, "Qızıl Xaç məktubları"nın ailələrə və saxlanılan şəxslərə çatdırıldığını, onların və həlak olmuş şəxslərin cəsədlərinin qarşılıqlı repatriyasına vasitəçilik edildiyini, hazırda isə Ante Mortem, Post Mortem proqramı çərçivəsində təxirəsalınmaz işlərin aparıldığını bildirib.Azərbaycan onların vandal üzünü dünyaya çatdırır”








Milli Məclisinin sədr müavini, Dövlət Komissiyasının üzvü Bahar Muradova çıxışında deyib ki, Ermənistan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə və ölkələrarası müəyyən edilən qaydalara etinazsızlıq göstərir: "Törədilən cinayətlər insanlıq, bəşəriyyət əleyhinədir. Ermənistanın etdikləri təkcə azərbaycanlılara qarşı deyil, bötüvlükdə bəşəriyyətə qarşı törədilən cinayətdir. Azərbaycan Ermənistanın təcavüzkar, vandal üzünü ardıcıl, məqsədyönlü şəkildə dünya ictimaiyyətinə çatdırır. Bu isə beynəlxalq təşkilatları ciddi narahat etmir, biz bunun şahidiyik. İnsanlıq əleyhinə törədilən cinayətlərin qarşısının alınması, bu cinayətləri törədənlərin cəzalandırılması Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəlikdir. Dövlət Komissiyasının son 25 ildə gördüyü işlər bu konteksdə dəyərləndirilməlidir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 434}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22