» » Qarabağda vəziyyət gərginləşcək: Saakyandan HİYLƏGƏR ADDIM - AÇIQLAMA

Qarabağda vəziyyət gərginləşcək: Saakyandan HİYLƏGƏR ADDIM - AÇIQLAMA

Qarabağda vəziyyət gərginləşcək: Saakyandan HİYLƏGƏR ADDIM - AÇIQLAMA

















“Son günlər Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin separatçı başçısı Bako Saakyan “fəallığı” ilə diqqət çəkməkdədir. Belə ki, Fransa və ABŞ-a reallaşdırdığı səfərlərdən sonra son olaraq Rusiyaya səfər edib. Təbii ki, burada ilk diqqət çəkən məqam separatçı Saakyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səfər etməsidir”.

Bu fikirləri Publika.az-a açıqlamasında siyasi analitik Ehtiram Aşırlı səsləndirib.

Analitik bildirib ki, Saakyanın səfərlərində diqqət çəkən bir neçə məqam var:

“ABŞ keçmiş Sovet İttifaqı ərazisindəki digər qanunsuz qurumların nümayəndələrinə viza vermir. Məsələn, 2014-cü il aprelin 12-də ABŞ Krımın “yüksək rütbəli” separatçılarına sanksiyalar tətbiq edib. Amma nədənsə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin başçısı Saakyana bu, şamil olunmur. Belə bir qadağa Fransada da var. Xüsusilə, Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrindən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, bu, separatçı Bako Saakyana aid olunmur.

Bundan əlavə, Fransanın ondan artıq şəhər merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək, işğal altında olan şəhərlərimizlə “qardaşlaşma” sazişləri imzalayıblar. Lakin Korsikada separatizmə qarşı sərt və kəskin siyasət aparan rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur və separatçıların qarşısını almaq məqsədilə heç bir tədbir görmür.

Əvvəla onu qeyd edim ki, Saakyanın Fransa və ABŞ-a səfərinin əsas məqsədi qondarma rejimin legitimliyinə nail olmaq və danışıqlar masasında “dövlət” olaraq təmsil olunmaqdır. Bu səbəbdəndir ki, son səfərini Qafqaz da əsas faktor olan Rusiyaya edib. Təbii ki, burada da ilk məqsəd qondarma rejimin legitimliyi üçün danışıqların aparılmasıdır. Digər tərəfdən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səfərlər reallaşdırmaqla Azərbaycan hökumətində “narahatlıq” yaratmaq düşüncəsidir. Xüsusilə, Rusiya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğu bir vaxtda belə bir səfərin reallaşdırılması da ayrı bir məna kəsb edir. Ələlxüsus, Ermənistanda növbədənkənar parlament seçkilərinə hazırlıq getdiyi və Rusiya ilə Ermənistan münasibətlərində gərginliyin, soyuqluğun davam etdiyi bir vaxtda belə bir səfərin reallaşdırılması baş nazir vəzifəsini icra edən Nikol Paşinyana sətiraltı mənaları geniş olan bir mesajdır.

E.Aşırlı qeyd edib ki, yaxın zamanlarda separatçı Saakyan tərəfindən bölgədə və cəbhədə vəziyyəti gərginləşdirə biləcək addımlar görəcəyik:

“Həmçinin Paşinyanı narahat edəcək bir neçə açıqlamalar da Saakyan tərəfindən səsləndirilə bilər. Təbii ki, Saakyanı ən çox narahat edən amil Paşinyanın yenidən baş nazir seçiləcəyi və parlamentdə üstünlük əldə edəcəyi təqdirdə “Qarabağ klan”ın mövqeyinin zəifləməsi və bu hadisələrin fonunda onun qondarma rejimdəki gələcəyi ilə də bağlıdır. Belə ki, Saakyan çox gözəl anlayır ki, Paşinyan Ermənistanda parlamentdə üstünlüyü ələ aldıqdan sonra qondarma rejimdə də eynisini etməyə çalışacaq və köhnə rejimin qalıqlarını oradan da təmizləmək istəyəcək. Xüsusilə də, Qarabağ məsələsinin taleyi ilə bağlı narahat olan “Qarabağ klanı” Saakyanın bütün səylərini dəstəkləyəcəklər. Lakin bütün bunları görən Paşinyan isə Azərbaycana qarşı təhdid xarakterli açıqlamalar verməklə “Qarabağ klanı”nı və Saakyanı yumşaltmağa çalışacaq”.
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət