fim.az

Qarabağ üçün YENİ VARİANT, dünyanın qorxduğu “QATİL”... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

2-12-2018, 12:32

Qarabağ üçün YENİ VARİANT, dünyanın qorxduğu “QATİL”... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ















Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda seçicilərlə görüşü zamanı Dağlıq Qarabağla bağlı açıqlamalar verib. Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Konqresə Türkiyə ilə bağlı təqdim etdiyi gizli hesabatın detalları məlum olub. Kerç boğazı ətrafında baş verən qarşıdurma hadisəsi ilə bağlı gərginlik davam edir. Ukraynada hərbi vəziyyət elan edilib. ABŞ Prezidenti Donald Tramp Argentinada keçiriləcək G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşünü ləğv edib.

Azərbaycan, Dağlıq Qarabağ

“Ermənistan Qarabağ üzrə danışıqlar prosesinə hazırlaşır, lakin bizim məmurlarımızın effektiv ideyası yoxdursa, ölkə olaraq ciddi problemlərlə qarşılaşacağıq”. Bu barədə erməni ekspert Arman Melikyan deyib.

Onun sözlərinə görə, münaqişə üzrə danışıqlar növbəti ilin başlanğıcında olacaq.

“İstisna etmirəm ki, Ermənistanda seçkilərdən sonra münaqişənin nizama salınması üzrə yeni təkliflər irəli sürüləcək. Lakin hesab edirəm ki, Ermənistan özü yeni təşəbbüslərlə çıxış etməlidir, əks təqdirdə başqalarının təklifləri bizim maraqlarımıza uyğun olmayacaq”, - deyə o bildirib.

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda seçicilərlə görüşü zamanı Dağlıq Qarabağla bağlı açıqlamalar verib. Paşinyan “Qarabağı satmayacağıq” deyə Milli Təhlükəsizlik Şurasının keçmiş katibi David Şahnazaryanın iddiasına cavab olaraq bildirib.

“David Şahnazaryan bizim Qarabağı vermək üçün hakimiyyətə gəldiyimizi deyir. Mən faktlara əsaslanaraq danışıram. Biz münaqişəni həll edə bilmədiyimizi açıq şəkildə bildiririk və hər hansı təklif olacaqsa, bunu xalqa bildirəcəyik, xalqın razılığı ilə hərəkət edəcəyik. Serj Sarkisyanın rəhbərliyi ilə Qarabağı vermək siyasəti aparan Respublika Partiyası bizi Qarabağı satmaqda ittiham edir”, - deyə Paşinyan qeyd edib.

“Azərbaycan əsirlərin dəyişdirilməsi təklifi ilə çıxış edir. Azərbaycanda üç erməni var, Qarabağda üç azərbaycanlı. Üç azərbaycanlıya qarşı üç ermənini verməyi təklif edirlər”. Bu barədə Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycan mövqelərinə soxulmaq istəyərkən ələ keçirilən erməni diversant Karen Kazaryanın valideynləri ilə görüşdə deyib.

Lakin Paşinyan Azərbaycanın təklifindən imtina etdiklərini bildirib.

“Qarabağda iki azərbaycanlı var. Onları qaytarsaq, Azərbaycanda Ramil Səfərov kimi qarşılanacaqlar. Biz bunu istəyirik? Kazaryanla bağlı məsələni Azərbaycan tərəfi ilə müzakirə etməyə davam edirik. Biz bu məsələni beynəlxalq səviyyəyə çıxaracağıq”, - deyə Paşinyan Kazaryanın ailəsinə söz verib.

Almaniya post-sovet məkandakı münaqişələrə göz yuma bilməz. Bunu Berlində keçirilən sayca üçüncü Almaniya – Ukrayna İqtisadi Forumunda çıxış edən Almaniya kansleri Angela Merkel deyib.

“Rusiya ilə qonşu ölkələrdəki vəziyyətə diqqət yetirsəniz, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Trans-Nistru probleminin, həmçinin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin, Ukraynanın şərqindəki münaqişənin olduğunu görərsiniz”, kansler deyib.

Ermənistanda seçkiöncəsi siyasi ehtiraslar qızışır və əsas diqqətçəkən məqam Nikol Paşinyanın komandası ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin qarşıdurmasıdır.


Paşinyanın Qarabağ addımlarının sirri ortaya çıxdı: o istəyir ki... - Ruslar HƏR ŞEYİ AÇDI
“Ermənistan-Azərbaycan sərhədində gərginlik görünməmiş səviyyədə aşağı enib”. Bu barədə Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, təmas xəttində toqquşmalardan ölənlərin sayı da son illərlə müqayisədə çox aşağıdır.

Ermənistan

Ermənistanda baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının noyabrın 27-də Belarusun paytaxtı Minskdə keçiriləcək iclasına qatılmayacaq. Bu barədə Paşinyanın birinci müavini Ararat Mirzoyan deyib.

Mirzoyan qeyd edib ki, Paşinyan növbədənkənar parlament seçkilərinə görə noyabrın 26-dan dekabrın 5-nə qədər məzuniyyətdə olacaq.

“Onun səlahiyyətlərini mən icra edəcəm. Avrasiya İqtisadi İttifaqının Minskdə keçiriləcək iclasında Ermənistanı mən təmsil edəcəm”, - deyə o bildirib.

Paşinyanın Minskə getməməsinin səbəbi məzuniyyət olaraq göstərilsə də, ekspertlər əsl səbəbin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katiblik məsələsinə görə Ermənistanla Belarusun arasında baş verən son qalmaqal olduğunu hesab edirlər. Paşinyanın bu addımının KTMT və Avrasiya İqtisadi İttifaqı daxilində qarşıdurmanı daha da gərginləşdirəcəyi ehtimal olunur.

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın Respublikaçılar Partiyasının seçkidə 0 faiz səs toplayacağını deməsi Ermənistan vətəndaşlarına hörmətsizlikdir. Bunu Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

“Aydındır ki, biz minlərlə səs toplayacağıq. Paşinyan və komandasını 9 dekabrda böyük sürpriz gözləyir”, – deyə o bildirib.

Ermənistanda seçkiöncəsi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə görə qırğın başlayıb. Nikol Paşinyan hakimiyyəti keçmiş prezident Serj Sarkisyanın komandasına yaxın olan Qarabağdakı separatçı rejimə hücumlar edir.

Paşinyanın lideri olduğu “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin sədri Sasun Mikaelyanın bəyanatı isə cidi qalmaqal yaradıb.


Ermənistanda qırğın başladı: Qarabağı tərk edin!
Gürcüstan

Gürcüstanda keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlanıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin hamısının sayılmasından sonra müstəqil namizəd Salome Zurabişvilinin 59,52, onun rəqibi, müxalifətçi Qriqol Vaşadzenin isə 40,48 faiz səs topladığı məlum olub.

Zurabişvili 1,1 milyondan çox, Vaşadzeni isə 780 min seçici dəstəkləyib.

28 noyabr Gürcüstan tarixində ilklərə daha biri əlavə olundu. Salome Zurabişvili səslərin 59,56 faizini toplayaraq ölkə tarixində ilk qadın prezident adını qazandı. Zurabişvilinin həyatı və siyasi karyerası ilə bağlı yazını təqdim edir.


“Ən yaxşı diplomat” düşmənə necə çevrildi? - Rusiyanı məğlub edən qadının SİYASİ OLİMP YOLU
Türkiyə, İran, Yaxın Şərq

Türkiyənin cənub-qərbində yerləşən Yalova vilayətinin Termal mahalında ərəb iş adamına aid olduğu iddia edilən bir villada axtarışlar başladılıb. Yalova valisi Müəmmər Erol İstanbuldan gələn xüsusi qrupunun səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı araşdırma apardığını deyib.

Ərəb iş adamının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yaxın dostu olduğu bildirilir. Villada bir aydır kimsənin olmadığı deyilir. Axtarışlar həmçinin villanın qonşuluğunda yerləşən başqa bir villada da aparılır.

Xatırladaq ki, Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb.

Camal Qaşıqçı cinayətini törədən qrupdakı şübhəlilərdən biri hadisədən bir gün əvvəl Yalovada yaşayan Səudiyyə Ərəbistanının vətəndaşı ilə əlaqə qurub. Bu haqda İstanbul Respublika Baş prokurorluğundan bildirilir.

Bu əlaqənin Qaşıqçının cəsədinin yox edilməsi və ya saxlanılmasına yönəlik olduğu bildirilir.

Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibə verən Türkiyənin xarici işlər naziri Camal Qaşıqçı cinayəti ilə bağlı dəhşətli ifadələr işlədib. Səudiyyəli jurnalistin öldürülmə anına aid səs qeydlərini dinlədiyini deyən nazir Qaşıqçının 7 dəqiqə ərzində öldürüldüyünü bildirib.


“O, insanları parçalamağı sevir, zövqlə…” – Çavuşoğlu dinlədiyi səs yazısındakı DƏHŞƏTLƏRİ DANIŞDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla G20 (“Böyük iyirmilik”) görüşmək istəyən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana Türkiyə liderinin verdiyi cavab məlum oldu. Bu haqda Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu danışıb.

“Vəliəhd şahzadə Məhəmməd bin Salman Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək sammitdə (sammiti noyabrın 30-dan dekabrın 1-dək keçiriləcək –red.) prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyir. Özü Ərdoğana telefon söhbətində görüş imkanını soruşdu. Ərdoğanın cavabı “baxarıq” oldu. Hazırda vəliəhd şahzadə ilə görüşmək üçün heç bir səbəb yoxdur”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı bildirib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanla Məhəmməd bin Salman arasında telefon danışığı oktyabrın 24-də baş tutub. Telefon söhbətində Camal Qaşıqçı cinayəti ilə bağlı aparılan istintaq və günahkarların məsuliyyətə cəlb edilməsi məsələləri müzakirə edilib.

Türkiyə “S-400” zenit-raket komplekslərinin çatdırılması üçün hesablamaları milli valyutalarla həyata keçirəcək. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində iştirak üçün Argentinaya uçuşdan əvvəl jurnalistlərə deyib.


ABŞ-da MÜHARİBƏ ELANI SAYILACAQ: Putindən sonra Ərdoğan da təsdiqlədi
Türkiyənin Rusiyadan “S-400” havadan müdafiə sisteminin alması yalnız “F-35” qırıcılarının təhvil verilməsini deyil, ABŞ şirkətləri tərəfindən istehsal edilən “CH-47F Chinook” helikopteri, “F-16” qırıcıları və “UH-60 Black Hawk” helikopterlərinin alışına də təsir edəcəyi bildirilib. Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Konqresə verdiyi gizli hesabatda yazılıb.

“Blomberq”in xəbərinə görə, Türkiyə ABŞ üçün hər nə qədər əhəmiyyətli bir əməkdaş olsa da, Pentaqon Rusiyadan silah alışına görə Türkiyənin bu əməkdaşlığa davam edib-etməyəcəyini yenidən dəyərləndirəcək.

İŞİD terror təşkilatı Suriyada “Suriya Demokratik Gücləri”nə tərkibində zəhərli maddələr olan silahlarla hücum etməyə hazırlaşır. Bu barədə xəbərdarlığı Rusiyanın Müdafiə Nazirliyi edib.

Açıqlamaya görə, hücum Suriya ordusunun olduğu ərazidən həyata keçiriləcək və bu, ABŞ-ın həmin bölgəyə aviazərbələr endirməsi üçün əsaslar yarada bilər. Qeyd edilir ki, terrorçular tərkibində kimya maddələr olan minaların istehsalını Deyr-ez-Zor əyalətinin El-Kişme şəhərinin xəstəxanasında təşkil edirlər.

“İŞİD terrorçuları öz hərəkətləri ilə ABŞ aviasiyasının Suriyanın hökümət güclərinə qarşı zərbələrinə real əsaslar yaratmağa hazırlaşırlar”, - Rusiyanın müdafiə idarəsindən bildriblər.

Suriya torpaqlarında hazırda ABŞ gücləri yerləşib. Hətta müxaliflər də ABŞ-ın hərbi varlığından məmnun olmadıqlarını açıq şəkildə ifadə etdilər. Bu fikirləri Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Astanada Suriya üzrə toplantıdan sonra keçirdiyi mətbuat konfransında səsləndirib.

“Suriya müxalifəti də ABŞ qüvvələrinin Suriyanın ərazi bütövlüyünə təhdid olduğunu düşünürlər. ABŞ-ın burada bazalar qurduğunu görürük. Xüsusilə, kürdlərlə olan iş birliyi Suriyanın ərazi bütövlüyünə təhdid yaradır.

Lavrentyev dünənki açıqlamasında da ABŞ-ın İŞİD terror təşkilatı ilə mübarizə bəhanəsi ilə YPG/PKK terror təşkilatına yardımlarını tənqid etmişdi. Onun sözlərinə görə, 1500-ə yaxın İŞİD döyüşçüsü ilə mübarizə üçün 60 minlik YPG/PKK gücünə dəstəyin altında yatan səbəb Suriyadakı varlığını legitimləşdirməkdir.

“Human Rights Watch” hüquq-müdafiə təşkilatı jurnalist Camal Qaşışçının qətli ilə Argentinanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman barəsində tədbir görməyə çağırıb. Bu haqda mənbələrə istinadən “Clarin” nəşri bildirib.

Təşkilat Məhəmməd bin Salmanın Argentinanın paytaxtı Buenos-Ayresdə noyabrın 30-dan dekabrın 1-dək keçiriləcək sammitdə iştirak edəcəyi halda, onu həbs etmək xahişi ilə dövlət prokuroru Ramiro Qonzalezə məktub göndərib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, cinayət başqa ölkədə baş verib, məhkəməyə onu “bəşəriyyətə qarşı cinayətlər” təsnifatına salmaq və beləliklə, hüquq-müdafiə təşkilatının xahişini təmin etmək çox çətindir.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

ABŞ prezidenti Donald Tramp demokratları “Rusiya işi” üzrə xüsusi prokuror Robert Müllerin Amerika seçkilərinə Rusiya müdaxiləsi haqqında ikiillik araşdırmasına aid sənədləri məxfilikdən çıxartmaqla hədələyib. Ağ Evin başçısı bu haqda “Nyu York Post” qəzetinə müsahibəsində bildirib


“Onlar dağıdıcı olacaq” - Tramp sərt oyun TƏKLİF ETDİ
Noyabrın 30-da “Böyük İyirmilik" (G20) liderlər zirvəsi öz işinə başlayıb. Dünyanın ən güclü 20 iqtisadiyyatına sahib ölkənin liderlərinin bir araya gəldiyi 2 günlük zirvə Argentinada keçirilir.


Dünya liderlərini qonaq edəcək Argentina üçün TƏHLÜKƏLİ GÜN - Donald Tramp və Putin...
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Argentinada keçirilən G20 sammitində razılaşdırılmış görüşdən imtina edib. Bu haqda Tramp özü açıqlama verib.

Belə bir qərarın qəbul edilməsinə səbəb Kerç körfəzində yaşanan insident olub. Trampın sözlərinə görə, onu bu addımı atmağa məcbur edən səbəb gəmilərin və hərbçilərin hələ də geri qaytarılmamasıdır.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşü, ehtimal ki, Kerç boğazı ətrafındakı hadisə deyil, ölkəsindəki daxili siyasi vəziyyətə görə ləğv etdi. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Polşa və Böyük Britaniya Kerç boğazındakı insidentlə bağlı Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsinin müzakirəsinə başlayıb. İki ölkənin addımını İsveç və Baltikyanı ölkələr də dəstəkləyib.

Bu məlumatı RİA-ya Brüsseldəki mənbələrindən biri təsdiqləyib.

“NATO-da anlayırlar ki, ittifaq gəmilərinin Azov dənizinə göndərilməsi hansı nəticələrə gətirib çıxara bilər”. Bu haqda Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov NATO gəmilərinin Azov dənizinə girəcəyi halda, Rusiyanın onları vurub-vurmayacağı barədə suala cavab olaraq “EurActiv” informasiya resursuna bildirib.

“Bu, əlbəttə, onların davranışından asılı olacaq, amma mən əminəm ki, NATO belə təhlükəli addıma cəhd edəcək qədər axmaq deyil”, - rusiyalı diplomat deyib.

Daha əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko Almaniyanın “Bild” nəşrinə bildirib ki, Ukrayna Kerç boğazındakı hadisə ilə əlaqədar NATO gəmilərinin hadisə rayonuna göndəriləcəyinə bel bağlayır.

Rusiya Krıma “Pantsir-S” zenit raket komplekslərini yerləşdirməklə Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiə sistemini gücləndirib. Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən informasiya yayılıb.

Daha əvvəl Rusiya ordusu Ukrayna ilə sərhədə daha bir S-400 divizionu yerləşdirmişdi.

Ukrayna

Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığına gətirilib. Bu haqda Ukrayna ordusunun Baş qərargahının Feysbuk səhifəsində yerləşdirilən məlumatda deyilir.

Qərar Kerç boğazında Ukrayna gəmilərinə Rusiya tərəfindən atəş açılması ilə bağlıdır.


Ordu hazır vəziyyətə gətirildi: bu gün MÜHARİBƏ ƏMRİ VERİLƏ BİLƏR
Kerç boğazı ərazisində ötən gün baş verənlər Ukraynada keçiriləcək prezident seçkiləri və prezident Pyotr Poroşenkonun Ukraynanı “silkələmək” cəhdidir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Qriqori Karasin bildirib.

“Görünür ki, bu, vaxtı, yeri və forması üzrə fikirləşilmiş təxribatdır. Hədəflər aydındır: Ukraynanı hərbi vəziyyətin tətbiqi ilə “silkələmək”, Qərbin anti-Rusiya əhval-ruhiyyəsini səfərbər etmək, Rusiya əleyhinə sanksiyaları sərtləşdirmək. Görünür, Poroşenkoya bu fonda öz seçkiqabağı kampaniyasını açmaq daha asandır”, - rusiyalı diplomat deyib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qərbin Rusiyaya qarşı həyata keçirdiyi fəaliyyətlərə dair açıqlama verib. Lavrov getdikcə artan gərginliyin ciddi fəsadları olacağı barədə xəbərdarlıq edib.

“Rusiya sərhədləri yaxınlarında ABŞ və digər ölkələrin gərginliyi artırmağa hesablanan fəaliyyətləri münasibətləri geri dönüşü olmayan bir yola sürükləyəcək”, - Lavrov bildirib.

Lavrov həmçinin Kerç boğazında yaranan vəziyyəti birmənalı təxribat adlandırıb. Onun qiymətləndirməsinə görə, Kiyev beynəlxalq hüququn əsas müddəalarını pozub.

Lavrov Kiyevə özünü daha adekvat aparmağı məsləhət görüb. Rusiya xarici siyasət idarəsinin başçısı, həmçinin Qərbə çağırış edib.

Xatırladaq ki, ötən gün Kerç körfəzində Ukrayna və Rusiya hərbi gəmilərinin iştirakıyla qarşıdurma baş verib. Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb.

Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə hərbi vəziyyətin tətbiqi haqqında fərmanı imzalayıb. Hərbi vəziyyət noyabrın 26-sı saat 15:00-dan 2019-cu il yanvar 25-i saat 15:00-ə qədər qüvvədə olacaq.

ABŞ Prezidenti Donald Tramp Kerç boğazında yaşanan son duruma münasibət bildirib. Ağ Ev rəhbəri Rusiya və Ukrayna arasında yaşanan son olayları bəyənmədiyini deyib.

“Biz bununla bağlı avropalılarla işləyirik. Ümid edirəm ki, bu olay həllini tapacaq”, - deyə Tramp bildirib.

Kerç boğazında bazar günü baş vermiş münaqişə apreldən - Rusiyanın materik hissəsi ilə zəbt edilmiş Krım arasında körpünün açılışından bu yana yetişirdi. Kreml 3,4 milyard dollarlıq layihə ilə yarımadanın birləşməsi üzrə iradəsini nümayiş etdirmək fikrində idi. O həmçinin bununla Ukraynadan yan keçərək Krıma çatdırmaları həyata keçirmək imkanını təmin etdi. Bu haqda Kerç boğazı ətrafında Rusiya və Ukrayna arasında baş verən son qarşıdurmanı şərh edən “Blomberg” agentliyinin məqaləsində deyilir.


Müharibə ONLARI XİLAS EDƏCƏK: İşləməyən strategiya və MÜDHİŞ ZAMANLAMA
“Rusiya və Ukrayna arasında müharibə olacaqmı? İndi dünyanın bütün KİV-i qarşısına belə bir sual qoyur. Mənim cavabım budur: Xeyr, olmayacaq. Məsələ ondadır ki, belə səviyyəli qərarları Poroşenko yox, amerikalı kuratorları qəbul edirlər”. Bu haqda Rusiyanın tanınmış politoloqu və təbliğatçısı, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Markov Kerç boğazı ətrafında baş verən son hadisələri şərh edərkən deyib.


Müharibə bu tarixdə başlayacaq: Putinin adamı “dərin dövlət”in PLANINI AÇIQLADI
Rusiya Mariupoldan Dnestryanı əraziyə kimi Ukraynanın sonrakı bölünməsi üzrə plana malikdir. Bu haqda Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin bildirib.


Rusiya bu əraziləri zəbt etmək istəyir – XƏRİTƏNİ AÇIQLADILAR - FOTO
ABŞ-ın Dövlət katibi Mayk Pompeo Kerç boğazı ətrafındakı hadisə ilə əlaqədar Rusiya və Ukrayna prezidentlərini - Vladimir Putin və Pyotr Poroşenkonu birbaşa danışıqlara başlamağa çağırıb. Bu haqda ABŞ Dövlət Departamenti tərəfindən yayılmış bəyanatda deyilir.

Pompeo həmçinin, tərəfləri təmkinli olmağa və beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb.

Ukrayna ordusu 27 dəqiqə ərzində Rusiya qoşunları tərəfindən məhv ediləcək. Bu haqda Rusiya siyasətçisi, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Rossiya-1” telekanalında tok-şouda bildirib.

“Hər şey təkrarlanır. Bir vaxtlar anqlosakslar Hitleri SSRİ-yə hücum etməyə məcbur etdilər. Poroşenko, əlbəttə ki, Hitler deyil, amma o, bu rolu oynayır”, - Jirinovski deyib.

Partiya lideri nasist Almaniyanın “Qaliçina” diviziyasının taleyini xatırladıb.


Jirinovskidən SENSASİYALI SÖZLƏR: Ukrayna ordusu 27 dəqiqəyə... - VİDEO
Rusiya Krım yarımadasına S-400 raket müdafiə sistemi yerləşdirəcək. Bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.

Buna səbəb Ukrayna ilə Kerç boğazında yaşanan silahlı qarşıdurmadır.

Rusiyalılar tərəfindən tutulmuş Ukrayna gəmilərinin azad olunmasının yalnız bir variantı var. Ukraynanın bütün qərb partnyorları Rusiyaya qarşı sərt sanksiyaları tətbiq etməlidir. Yalnız bu, təcavüzkarı güzəştə getməyə məcbur edəcək. Bu haqda təhlükəsizliklər məsələləri üzrə ekspert, xarici kəşfiyyat veteranı, general-leytenant Vasiliy Boqdan Azov dənizindəki “dəniz döyüşü”nü şərh edərkən deyib.


Ukraynadan sonra bu regionlar... - Kəşfiyyat generalı Rusiyanın HƏDƏFLƏRİNİ AÇIQLADI
Ukrayna Amerika ordusunun hərbi bazasının ölkəsinin ərazisində mümkün tikinti haqqında ABŞ-la danışıqlar aparır. Bu haqda diplomatik dairələrdəki mənbələrə istinadən “İzvestiya” nəşri bildirib.


Bu iddia Rusiyanı silkələyəcək: ABŞ-la MƏXFİ DANIŞIQLAR APARILIR
Ukrayna Kerç boğazındakı hadisə ilə əlaqədar NATO gəmilərinin Qara dənizə daxil olması şəklində Qərbin dəstəyinə bel bağlayır. Ukrayna prezidenti Pyotr Poroşenkonun mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı bu haqda Amerikanın NBC telekanalına bildirib.

“O qeyd etdi ki, Ukraynaya dəstəyin mümkün variantlarından biri NATO-nun bir neçə gəmisinin Qara dənizə girməsi ola bilər, çünki bu, qlobal təhlükəsizliyin hədəfidir”, - mətbuat xidmətinin xəbərində deyilir.

Qərb partnyorları Kerç boğazında Ukraynanın fəaliyyəti ilə bağlı məlumatlı idilər. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O hətta bildirib ki, Qərbin özünün də bu olayda iştirakı ola bilər.

“Bütün bunlar təsadüfi xarakter daşımır”, - deyə Zaxarova bildirib.

Kiyev Kerç boğazında baş verən hadisədən sonra Bosfor boğazını Rusiya gəmiləri üçün bağlamaq xahişiylə dünya ictimaiyyətinə müraciət etmək niyyətindədir. Bu haqda Ukrayna Hərbi-Dəniz Qüvvələrinin komandanı İqor Voronçenko dəniz təhlükəsizliyi məsələləri üzrə ikinci beynəlxalq konfransda bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna boğazın bağlanmasını Türkiyədən xahiş edəcək.

Ukrayna birtərəfli qaydada Rusiya ilə təxminən 40 müqaviləni pozmaq niyyətindədir. Bu haqda Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin TSN telekanalının efirində bildirib.


Kiyevdən ŞOK BƏYANAT: 48-ni öldürdük, daha 40-nı... – Canlı EFİRDƏ AÇIQLADI
Ukrayna Silahlı Qüvvələri Azov dənizinin akvatoriyasında təlimlərə başlayıb. Bu haqda ölkənin Birləşmiş güclərinin əməliyyat qərargahının mətbuat mərkəzindən bildirilib.

"Hücum və ordu aviasiyasının bölmələri rəqibin hava zərbəsini təqlid edirdi. 3SU-23-4 "Şılka", "Strela-10M" ekipajları, daşınabilən zenit-raket kompleksləri və ZU-23 zenit sistemləri şərti hava hədəflərini məhv etdi", - mətbuat mərkəzi qeyd edib.

Vurğulanır ki, təlimlərin hədəfi aşağı hündürlüklərdə rəqibin aviasiyasının hərəkətləri zamanı atəş bacarıqlarının təkmilləşdirilməsidir.

Ukrayna prezidenti Pyotr Poroşenko Tvitter səhifəsində yazıb ki, 16 yaşdan 60 yaşa qədər kişi cinsindən olan Rusiya vətəndaşlarının Ukraynaya girişinə məhdudiyyət tətbiq ediləcək. Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Frans Klinseviç bildirib ki, Moskva cavab ölçüsü olaraq 16 yaşdan 60 yaşa qədər kişi cinsindən olan Ukrayna vətəndaşlarının Rusiyaya girişinə məhdudiyyət tətbiq etməyəcək.

“Kiyev Rusiyayla bütün əlaqələrin qırılmasına səmimi gedir və bizi cavab addımlarına təhrik edir. Bu, Rusiyada işləyən milyonlarla ukraynalıya güclü zərbə olardı. Kiyev ölkəmizdən belə cavab görməyəcək”, - Klinseviçin mətbuat xidməti onun sözlərini sitat gətirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 150}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22