fim.az

Vasif Talıbovdan sərəncam — Şərur yallıları ilə bağlı

25-12-2018, 10:17

Vasif Talıbovdan sərəncam — Şərur yallıları ilə bağlı
















Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şərur yallıları haqqında sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan türklərinin qədim mədəniyyətinin bir hissəsi olan Şərur yallılarının xoreoqrafiya, instrumental və vokal musiqini özündə birləşdirən nadir yaradıcılıq nümunəsi, əcdadlarımızın dünyagörüşünün, bədii estetik təfəkkürünün təzahürü olması qeyd edilir. Qeyd edilir ki, Əshabi-Kəhf və Gəmiqaya kimi, Şərur yallıları da Naxçıvanın incisi, xalqımızın tarixi yaddaşının və milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsidir. Bu amil əsas götürülərək Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülüb, yallılar nota köçürülüb, “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub. Bu gün muxtar respublikada “Şərur” Xalq Yallı Ansamblı və rayon mədəniyyət şöbələrinin nəzdində yallı qrupları fəaliyyət göstərir. Bu sahədə görülən işlərin davamı olaraq 2018-ci ildə də yallı sənəti ilə bağlı tədqiqatlar aparılıb, bu nadir irsin YUNESKO səviyyəsində qorunması üçün “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar aidiyyəti üzrə təqdim olunub, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

Sərəncama əsasən Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı” təsdiqlənib.
Daha əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında sərəncam imzalayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 98}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22