fim.az

"20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır" — Gürcü politoloq

18-01-2019, 13:11

"20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır" — Gürcü politoloq
















"1990-cı ilin 20 yanvarında Azərbaycanda qanlı cinayət törədənlər mütləq cəzalandırılmalıdır".
Report bildirir ki, bunu gürcü politoloq Tengiz Txilava jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqına dost və qardaş xalqlar üçün də faciəvi tarixdir: "Gürcüstan və Azərbaycan xalqları müstəqilik uğrunda mübarizə yolunda oxşar talelər yaşayıblar. Gürcüstanda da 1989-cu ilin aprelin 9-da eyni qanlı hadisə törədildi. Xatırlayıram ki, Tbilisidə baş verən faciədən sonra Azərbaycandan nümayəndə heyətləri Gürcüstana gələrək, gürcü xalqına dəstəyini ifadə etdi".
T.Txilava qeyd edib ki, Bakıda 20 Yanvar faciəsi baş verəndən sonra Gürcüstan da dost Azərbaycan xalqına dəstək bildirib: “O zaman mən Gürcüstanda deyildim. Lakin bir çox dostlarım və tanışlarım Azərbaycan xalqına dəstək vermək üçün Bakıya getmişdilər. Şəhidlərin doğmaları və yaxınlarına başsağlığı verirəm. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 343}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22