fim.az

Bu gün deputatlar toplaşır

19-02-2019, 10:59

Bu gün deputatlar toplaşır
















Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
İclasda 27 məsələyə baxılacaq.

Deputatlar bu gün Əmək Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, "Əmanətlərin tam sığortalanması haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", "Reklam haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" və bir sıra digər qanunlara əlavə və dəyişiklikləri müzakirə edəcəklər.
Qeyd edək ki, iclasda əvvəlcə Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında məsələyə baxılacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 338}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22