fim.az

Diplomatik korpusun nümayəndələri cəbhə bölgəsindədir

27-02-2019, 12:00

Diplomatik korpusun nümayəndələri cəbhə bölgəsindədir

















Diplomatik korpusun nümayəndələri rəhbərləri cəbhə bölgəsinə gediblər.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

XİN-in təşkilatçılığı ilə baş tutan səfərdə məqsəd Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı, turizm potensialı, turizm-xidmət sahələrinin müasir vəziyyəti ilə yaxından tanış olmaqdır. İkigünlük səfərdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun 70-ə yaxın nümayəndəsi iştirak edir.

Diplomatlar Ağdam rayonu və Naftalan şəhərində olacaqlar.
Səfər zamanı xarici diplomatların Ağdam rayonunda fəaliyyət göstərən muzey, müəssisə, mərkəzlər, o cümlədən “Ağdam Xalçaçılıq” müəssisəsi, “Qarabağ Atçılıq” kompleksi, “Muğam Mərkəzi”, “Bayraq Muzeyi”, eləcə də “Bənövşələr” qəsəbəsi ilə tanış olması, növbəti gün isə Naftalan şəhərinin turizm potensialı ilə yaxında tanışlığı nəzərdə tutulur.

Səfər fevralın 28-də başa çatacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 343}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22