fim.az

Azərbaycanda iki Konstitusiya qanunu ləğv olunur

16-03-2019, 15:03

Azərbaycanda iki Konstitusiya qanunu ləğv olunur














Azərbaycanda iki Konstitusiya qanunu ləğv edilir.

ONA-nın məlumatına görə, bunlar “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” 19 yanvar 1993-cü il tarixli Konstitusiya qanunu və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” 27 may 1992-ci il tarixli Konstitusiya qanunudur.

Konstitusiya qanunlarının ləğvi barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında da müzakirə olunub. Müzakirələrdən sonra komitənin üzvləri hər iki Konstitusiya qanunlarının ləğvini parlamentin plenar iclasına çıxarılmasını tövsiyə ediblər.

Hər iki sənədin ləğv edilməsi “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” yeni qanun layihələrinin qəbul olunması ilə əlaqədardır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 354}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22