fim.az

Azərbaycan Ordusu qarış-qarış, addım-addım, kəndbəkənd, düşməni dövlət sərhədinə çəkilməyə məcbur edir — Siyasi şərh

15-04-2019, 14:33

Azərbaycan Ordusu qarış-qarış, addım-addım, kəndbəkənd, düşməni dövlət sərhədinə çəkilməyə məcbur edir — Siyasi şərh















Prezident İlham Əliyevin fəaliyyətinin əsas prinsipi respublikanın bütün bölgələrinin eyni səviyyədə inkişaf etməsi, insanların rifah halının yaxşılaşması və təhlükəsizliyinin təmin olunmasıdır. Bunu Naxçıvan Muxtar Respublikasının timsalında da görmək olar. Azərbaycan Prezidenti hakimiyyəti dövrdündə Ermənistan-Azərbaycan arasındakı hərbi münaqişə nəticəsində anklav və blokada şəratində olan Naxçıvanın iqtisadi inkişafının və təhlükəsizliyinin təmin olunması istiqamətdində ciddi adımlar atılıb. Müəyyənləşdirilmiş düzgün strategiya nəticəsində bu gün Naxçıvan davamlı iqtisadi inkişaf yoluna qədəm qoyub və bölgənin iqtisadi inkişafı geridönməz bir proses alıb. Bununla yanaşı Muxtar Respublikanın təhlükəsizliyinin təmin edilməsi, ordu quruculuğu istiqamətində ciddi addımlar atılıb. Bu məqsədlə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. Bu ordu ən müasir hərbi texnikalarla, raketlərlə təmin edilib və Muxtar Respublikanı istənilən xarici təhdiddən qorumağa qadirdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin mayın 16-da növbəti dəfə Prezident seçildikdən sonra Naxçıvana səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun “N” saylı hərbi hissəsində yaradılan şəraitlə, silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olması, oradakı yeni hərbi xəstəxananın açılışında iştirak etməsi bu dediklərimizin bariz göstəricisidir.

Ordu quruculuğu ilə bağlı görülən işləri yüksək qiymətləndirən Ali Baş Komandan Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib:

“İlk növbədə, Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb. Siz burada düşmənlə üz-üzə yaşayırsınız. Əlbəttə ki, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilib. Biz son illər ərzində Azərbaycan Ordusunu yüksək dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın, demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir... Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.

Bəli, ötən müddət ərzində Naxçıvanın müdafiə qabiliyyətinin artırılması istiqamətində ardıcıl addımlar atılıb. Ordu təkcə hərbi texnika və sursatla təmin olunmayıb. Ordunun daimi döyüş hazırlığını yüksək səviyyədə saxlamaq məqsədi ilə mütəmadi olaraq hərbi təlimlər keçirilir. Ən əsas məqam da ondan ibarətdir ki, bu hərbi təlimlərin bir çoxu qardaş Türkiyə ordusu ilə birgə keçirilir. Bu təlimlərdə qarşılıqlı təcrübələrə yiyələnilir. Məhz bu görülən tədbirlərin nəticəsidir ki, düşmənin Naxçıvan istiqamətində həyata keçirdiyi bütün təxribatların qarşısı zamanında və sərt formada alınır.

Ali Baş Komandanın bu açıqlamasından ciddi narahatçılıq keçirən işğalçı Ermənistan ondan sonra Əlahiddə Ümumqoşun Ordunun qardaş Türkiyənin Qars əyalətində keçirilən Türkiyə-Azərbaycan birgə döyüş atışlı taktiki təlimlərini məyusluqla izlədi. Buna dözməyən düşmən dərhal Naxçıvanın şimal-qərb hissəsində Şərur-Sədərək istiqamətində növbəti təxribata əl atdı. Cavab isə qəti və çox sərt oldu...

Günnüt zəfəriİşğalçı Ermənistanın bu təxribatı İrəvana baha başa gəldi. Azərbaycan Ordusu mayın 20-də düşmənin təxribatının qarşısını almaqla yanaşı, əks hücuma keçərək 26 ildən bəri işğal altında olan Günnüt kəndini işğaldan azad etdi.
Mayın 27-dək davam edən hərbi əməliyyat nəticəsində nəinki Günnüt kəndini azad etdi, eyni zamanda strateji yüksəkliklərə nəzarəti ələ keçirdi. Uğurlu hərbi əməliyyatlar nəzitəsində “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olundu, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olundu. Bu əməliyyatların mühüm məqamı ondan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələri İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi yoluna vizual nəzarəti həyata keçirmək imkanını qazandı. İrəvanla Qarabağı birləşdirən mühüm bir kommunikasiya xəttinin Azərbaycan Ordusunun nəzrəti altına keçməsi, çox mühüm üstünlükdür. Faktiki olaraq ordumuzun may əməliyyatları ilə bu kommunikasiyalar bölgədəki gələcək istənilən hərbi gərginlik zamanı real təhlükə ilə üzləşəcək. Digər tərəfdən əməliyyat zamanı erməni tərəfinin geri çəkilməsi (dar dəhlizlərə sıxışdırılması) onlar üçün bir sıra digər problemlər də yaradıb.

Bundan əlavə olaraq Muxtar Respublikanın su ilə təchizatında müstəsna rolu olan, strateji əhəmiyyətli Arpaçay dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu.

Bununla da sərhəd yaşayış məntəqələrinin etibarlı müdafiəsi təmin olundu. Günnüt əməliyyatının digər əməliyytlarından hərbi cəhətdən daha bir üstün cəhəti də ondan ibarət oldu ki, bu əməliyyatlar nəticəsində itki yox səviyyəsində oldu. Bu əməliyyatlar zamanı Azərbaycan Ordusu bir şəhid verdi.
2016-ci il Aprel döyüşlərindən sonra 2018-ci ilin may ayında həyata keçirilən bu əməliyyat müasir Azərbaycan hərb tarixinin ən uğurlu əməliyyatlarından biri hesab olunur. 2016-cı ilin aprel hadisələrindən sonra ordumuzun Günnüt əməliyyatında qazandığı uğurlar bir daha onu göstərdi ki, Azərbaycan Ordusu işğal altında olan torpaqları hər an işğladan azat eməyə hazır vəziyyətdədir, işğal faktı ilə barışmaq niyyəti yoxdur. Bu, işğalçı Ermənistana ciddi bir mesaj idi.

Günnüt əməliyyatının digər bir üstün cəhəti ondan ibarət oldu ki, Azərbaycan Ordusunda və əhalisində psixoloji əhval-ruhiyyəyə müsbət təsir etdi.

Erməni cəmiyyətində isə sabaha ciddi inamsızlıq, qorxu və apatiyaya səbəb oldu. Günnüt əməliyyatı eyni zamanda dövlət-xalq-ordu birliyinin bariz göstəricisi oldu.

Günnüt əməliyyatının ən üstün cəhətlərindən biri də əməliyyatların son dərəcə yüksək təşkilatçılıq və peşəkarcasına həyata keçirilməsidir. Bu hərbdə çox önəmli bir məsələdir. Mürəkkəb rely şəraitindən həyata keçirilən bu əməliyyat zamanı itkinin olmaması və qısa zamanda qarşıya qoyulan hədəfə nail olunması düşmən tərəfini ciddi narahat edən məqamlardan biri oldu. Təbii ki, bunu erməni siyasi elitasında yaxşı dərk etməkdədirlər. Onlar yaxşı anlamağa başlayıblar ki, hərbi əməliyyatlar başlayarsa, Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyəcəklər.

Lakin illərdir millətçilik, qatı irqçilik, terror və təhdid üzərində qurulmuş siyasi xətt ictimai rəydə də geri addım atmaqda problem yaradır. Ancaq ordumuzun may əməliyyatı erməni cəmiyyətinə ciddi bir mesaj oldu. Erməni cəmiyyəti nə qədər tez anlayıb terrorçu, işğalçı siyasətindən geri çəkilərsə, daha yaxşı olar. Bundan udan elə ilk növbədə ermənilər özləri olcaq.Onsuz da Azərbaycan Ordusu qarış-qarış, addım-addım, kəndbəkənd, düşməni dövlət sərhədinə çəkilməyə məcbur edir. Gün gələcək ki, Lələtəpə, Cocuq Mərcanlı, Günnüt, Qızılqaya zəfəri davamlı olacaq və bütün işğal altındakı torpaqlarımız tezliklə öz əzəli sahiblərinə qaytarılacaq. Ermənilər bilməlidir ki, bir qarış torpağımızın onların əlində qalmasına yol verilməyəcək. Günnüt əməliyyatı onu deməyə əsas verir ki, həmin gün uzaqda deyil və Azərbaycan Ordusu sözünü deyəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 305}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22