fim.az

Ramil Usubov yeni vəzifəsində bu işləri görəcək

21-06-2019, 10:46

Ramil Usubov yeni vəzifəsində bu işləri görəcək


Dünən prezident İlham Əliyev Ramil Usubovu Daxili İşlər naziri vəzifəsindən azad edərək Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edib.

Prezident yanında Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb.

Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Konstitusiyanın 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Şuraya vitse-prezident, Milli Məclisin sədri, Baş Nazir, Prezident administrasiyasının rəhbəri, dövlət müşavirləri, Baş prokuror, Xarici İşlər naziri, Müdafiə naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri daxildir.

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir.

Şuranın Katibi funksiyalarını dünənki sərəncama qədər Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirirdi. Şuranın katibi Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası onun təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 388}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22