fim.az

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

23-10-2019, 21:00

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

***

Ramiz Mehdiyev Azəbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçilib

Ölkə.Az" xəbər verir ki, tədbirdə AMEA-nın prezidentliyi vəzifəsindən ötən gün istefa vermiş akademik Akif Əlizadə çıxış edib. O, alimlərə müraciət edərək, akademik Ramiz Mehdiyevi AMEA-nın prezidenti seçməyə səsləyib. Daha sonra Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib.

Qeyd edək ki, Ramiz Ənvər oğlu Mehdiyev 1995-ci ildən bu günədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. AMEA-nın həqiqi üzvü, Həqiqi Dövlət müşaviridir. Akademik Ramiz Mehdiyev 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Hazırda onun 81 yaşı var


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 388}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22