fim.az

Ziya Məmmədov parlament seçkilərinə qatılır? – ÖZÜNDƏN AÇIQLAMA

26-12-2019, 13:20

Ziya Məmmədov parlament seçkilərinə qatılır? – ÖZÜNDƏN AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Bir çox media nümayəndələri və tanınmış şəxslər parlament seçkilərində iştirak edəcəklərini bildiriblər.

Sosial şəbəkələrdə sabiq Nəqliyyat naziri Ziya Məmmədovun da deputatlığa namizədliyini verəcəyi ilə bağlı iddialar səsləndirilib.

Sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Z.Məmmədov yayılan xəbərlərə münasibət bildirib:

“Xeyr, yayılan xəbərlər şayiədir. Mənim növbədənkənar parlament seçkilərinə qatılmaq fikrim yoxdur. Əgər belə fikirim bir olsaydı, açıqlayardım”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 47}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22