fim.az

Əli Əhmədov: Azərbaycanın inkişafını dünyanın inkişafından kənarda təsəvvür etmək mümkün deyil

16-01-2020, 11:04

Əli Əhmədov: Azərbaycanın inkişafını dünyanın inkişafından kənarda təsəvvür etmək mümkün deyil


SSRİ-nin süqutundan sonra ən yüksək inkişaf edən dövlətlərdən biri Azərbaycan oldu.

Bunu Baş nazirin müavini Əli Əhmədov Bakıda keçirilən Strateji Prioritetləşdirmə Seminarında çıxışında deyib. 

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan 2012-2017-ci illərdə BMT-yə iki hesabat təqdim edib:

“Düşünürəm ki, 2030-cu ilə qədər dünyanın transformasiyası layihəsi çərçivəsində də öz töhfəsini verəcək. Azərbaycan dünyanın bir parçasıdır. Azərbaycanın inkişafını dünyanın inkişafından kənarda təsəvvür etmək mümkün deyil. Buna görə də Azərbaycanın inkişaf strategiyasının BMT-nin müəyyən etdiyi inkişaf strategiyasına uyğunlaşdırılması gedir”. 

Ə.Əhmədov əlavə edib ki, Azərbaycanın inkişafı bütün sahələrdə özünü göstərib:

“Son 30 ildə Azərbaycan əhalisi üç milyon nəfər artıb ki, bu da 40 faizdən çox artım denəkdir. Hazırda əhalimizin 50 faizdən bir qədər çoxu şəhərdə yaşayır. Bu da kənd yerlərində həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı bizim qarşımızda vəzifələr qoyur.

Həmçinin, gender bərabərliyi ilə bağlı məsələlər də qarşımızda var və əminəm ki, bundan sonra da belə olacaq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 190}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22