fim.az

“Sürücülər yol polislərinə başqa şey təklif edirlər” — Vaqif Əsədov

24-01-2020, 09:26

“Sürücülər yol polislərinə başqa şey təklif edirlər” — Vaqif Əsədov


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində keçirilən müşavirədə nazir, general-polkovnik bir sıra məqamlara toxunub. Onlardan biri də yol polisi əməkdaşlarının sürücülərlə etik münasibətləridir. Daxili işlər naziri müşavirədəki çıxışında vətəndaşlarla kobud davranmamağı və nəzakətli olmağı tələb edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məsələ barədə Lent.az-a danışarkən yol polisi əməkdaşlarının üzərində kamera olduğunu vurğulayıb. Şöbə rəisi buna görə də yol polislərinin deyil, sürücülərin daha çox nəzakətsizliyə meylli olduqlarını bildirib:

“Yeni il başlayandan hər gün şəxsi heyət qarşısında təlimatla çıxış edirik. Təlimatlarda vətəndaşlarla etik normalar çərçivəsində rəftar etmək tələb edilir. Bu günə qədər ölkə üzrə sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, 2 fakt aşkarlanıb. Vətəndaşlardan yol polisinin rəftarı ilə bağlı hər hansı ərizə və ya şikayət daxil olmayıb. İndi hər bir yol polisi əməkdaşının üzərində səsyazma və görüntünü qeydə alan texniki vasitə var. Həmin vasitələrin də işlək vəziyyətdə olması tələb olunur. Ona görə də inanmıram ki, yol polisləri vətəndaşlarla kobud rəftar etsinlər. Əksinə, əməkdaşlarımızın üzərində kamera olmasından istifadə edən vətəndaşlar özləri yol polisinə qarşı nəzakətsiz davranmağa və başqa təkliflər verməyə meylli olurlar. Bu günə qədər Bakı şəhərində yol polisindən şikayətlə bağlı heç bir müraciət daxil olmayıb”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 20}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22