fim.az

Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı

19-02-2020, 12:40

Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı


Rusiyanın Tula Dövlət Silah Muzeyində yerləşdirilən Azərbaycanın təhrif edilmiş xəritəsi muzeydən yığışdırılıb.

Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Moskvadakı səfirliyindən məlumat verilib.

“Bir sıra xəbər saytlarında Rusiya Federasiyasının Tula Dövlət Silah muzeyində Azərbaycan Respublikasının təhrif edilmiş xəritəsinin yerləşdirildiyi ilə bağlı məlumat yayılmlanıb. Səfirliyin məsələyə müdaxiləsindən və muzey rəhbərliyinə ölkəmizin ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyinin izah edilməsindən dərhal sonra qarşı tərəf buraxılan səhvi operativ şəkildə aradan qaldırıb və bu barədə səfirliyə məlumat verib”, – diplomatik nümayəndəlikdən bildirilib.

Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 24}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22