fim.az

Zakir Qaralovun köməkçisi yüksək vəzifəyə təyin edildi – FOTO

26-02-2020, 15:00

Zakir Qaralovun köməkçisi yüksək vəzifəyə təyin edildi – FOTO


Dövlətin həyata keçirdiyi gənclər siyasəti prokurorluq orqanlarında da öz bəhrəsini verir.

Əldə etdiyimiz məlumata görə Baş prokurorun köməkçisi Zaur Axundzadə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə Baş Prokurorluğun veb saytının müvafiq bölməsində məlumatlar yenilənib.

Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən etibarən gənc hüquqşünasların prokurorluq orqanlarına işə qəbulu test üsulu ilə həyata keçirilir. Müsabiqə yolu ilə qulluğa qəbul olmuş yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən gənc prokurorluq işçilərinə yüksək etimad göstərilərək onlar müxtəlif vəzifələrə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrə irəli çəkilirlər.

Zaur Axundzadə Baş prokurorun köməkçisi vəzifəsindən əvvəl, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ayrı-ayrı idarələrində prokuror və digər məsul vəzifələrdə çalışıb. (publika.az)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 74}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22