fim.az

İlk plenar iclas başladı: Prezident MM-ə gəldi

10-03-2020, 11:45

İlk plenar iclas başladı: Prezident MM-ə gəldi


Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

Milli Məclisin ən yaşlı deputatı Fəttah Heydərovdur. Lakin o səhhəti ilə əlaqədar iclasda iştirak etmədiyindən, parlamentdə ən yaşlı deputat Ziyad Səmədzadə hesab olunur.

İclasa sədrlik edən Ziyad Səmədzadə altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan etdi.

Sonra Z.Səmədzadə altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu.

(Modern.az)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 34}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22