fim.az

Spiker: Koronavirus epidemiyası çərçivəsində görülən işlər əhalinin sağlamlığına yönəlib

9-04-2020, 13:11

Spiker: Koronavirus epidemiyası çərçivəsində görülən işlər əhalinin sağlamlığına yönəlib


Azərbaycan Prezidentinin bu günlərdə imzaladığı növbəti Əfv sərəncamı bir daha göstərdi ki, siyasi mənsubiyyətindən, əqidəsindən, statusundan asılı olmayaraq hər bir insanın sağlamlığı dövlətimizin diqqət mərkəzindədir.
Bunu Milli Məclisin sədri Sahiba Qafarova parlamentin bu gün keçirilən növbəti plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə humanist addım ataraq koronavirus infeksiyasının yayılması qarşısının alınması məqsədi ilə yaşı 65-dən yuxarı olan və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan 176 məhbusu azad edib.

“Ölkə başçısının bu addımı həm daxili və beynəlxalq aləm tərəfindən yüksək dəyərləndi. Bu addım bir daha göstərdi siyasi mənsubiyyətindən, əqidəsindən, statusundan asılı olmayaraq hər bir insanın sağlamlığı dövlətimizin diqqət mərkəzindədir. Koronavirus epidemiyası çərçivəsində görülən işlər əhalinin sağlamlığına yönəlib. Məhz bir neçə gün öncə Prezident və birinci vitse-prezident Sumyaqıtda maska istehsal edən müəssisənin açılışinda iştirak edib. Bundan əlavə olaraq cənab Prezident koronavirusa daha effektiv mübarizəni təşkil etmək üçün respublika ərazisində 6 modul tipli xəstəxana tikilməsi məqədi ilə 15 milyon ayrılması barədə sərəncam imzalayıb. Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə ön cərgədə dayanaraq öz töhfəsini verməkdədir”.

S.Qafarova əlavə edib ki, bundan əlavə olaraq ölkəmizdə iqtisadi böhrana yol verilməməsi üçün işlər görülməkdədir:

“Sahibkarlala yardım edilir, işçilərin istisar olunmasının qarşısı alınır, aztəminatlı ailələrə yardım edilməsi istiqamətində ciddi addımlar atılır. Buna görə prezidentə təşəkkür edirik”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 322}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22