fim.az

Düşmən informasiya cəbhəsində də layiqli cavabını alır — VİDEO

6-08-2020, 09:58

Düşmən informasiya cəbhəsində də layiqli cavabını alır — VİDEO


Azərbaycanlı gənclər tərəfindən “Facebook”da da “Karabakh is Azerbaijan” adlı qrup yaradılıb. Qrupun məqsədi elə adından da bəlli olduğu kimi, ermənilərin müxtəlif ölkələrdə təxribatlar törətməsinə, yalan informasiyaları yaymasına qarşı mübarizə aparmaqdır.
"Ölkə.Az" xəbər verir ki, layihə üzvü İlkin Namazlı Baku TV-yə müsahibəsində bildirib ki, artıq bununla bağlı veb-sayt da fəaliyyətə başlayıb:

“Biz 14 günlük marafon təşkil etmişdik. Bir çox xarici ölkələri, əsasən İtaliya, İspaniya, İngiltərə, ABŞ-ı (Kaliforniya ştatı) hədəf tutaraq, müəyyən məlumatları onlara çatdırdıq”.
Düşmənin yalanlarını ortaya çıxaracaq, Qarabağın Azərbaycanın əzəli torpağı olmasını təsdiqləyən tarixi faktlar ingilis, rus, alman, fransız, ispan və başqa dillərdə “Facebook”da yaradılmış bu qrupda paylaşılır.

Ətraflı Baku TV-nin süjetində:


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 99}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331