fim.az

Ceyhun Bayramov Rusiyada - Fotolar + Yenilənib

26-08-2020, 12:54

Ceyhun Bayramov Rusiyada - Fotolar + Yenilənib


Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya ilk rəsmi səfəri baş tutacaq.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, Ceyhun Bayramov səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Moskva ilə Bakı arasındakı ikitərəfli münasibətlərə dair bir sıra aktual məsələlər müzakirə ediləcək.

Azərbaycan XİN-in rəhbəri olaraq ilk dəfə Rusiyaya səfər edəcək C. Bayramov, həmçinin Baş Nazirin müavini Aleksey Overçuk və Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovla da görüşəcək.

***

XİN-dən verilən məlumata görə, Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

***

Ceyhun Bayramov Moskvada naməlum əsgərin məzarını ziyarət edib və əklil qoyub.



Ceyhun Bayramov Rusiyada - Fotolar + YenilənibCeyhun Bayramov Rusiyada - Fotolar + YenilənibCeyhun Bayramov Rusiyada - Fotolar + Yenilənib


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 312}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331