fim.az

Prezidentdən həmkarına məktub

18-09-2020, 15:31

Prezidentdən həmkarına məktub


Azərbaycan Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Bidhya Devi Bhandariyə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 298}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22