fim.az

Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başladı

24-09-2020, 11:31

Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başladı


Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstana ilk rəsmi səfəri başlayıb.
Report xəbər verir ki, hazırda nazir Gürcüstanın Xarici İşlər Nazirliyində gürcüstanlı həmkarı David Zalkaliani ilə görüş keçirir.

Görüşdən sonra XİN başçıları birgə brifinq keçirəcəklər.

C.Bayramov Gürcüstana birgünlük səfəri çərçivəsində həmçinin bu ölkənin prezidenti Salome Zurabişvili, baş naziri Giorgi Qaxaria, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, spikerin müavini Kaxaber Kuçava və parlamentin nümayəndə heyəti ilə də görüşəcək.

Nazir Tbilisidə Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstü və Qəhrəmanlar meydanındakı memorial abidəni də ziyarət edəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 79}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331