fim.az

Milli Məclis Senata cavab olaraq bəyanat qəbul edib - Hökumətə tövsiyə

26-11-2020, 12:55

Milli Məclis Senata cavab olaraq bəyanat qəbul edib - Hökumətə tövsiyə


Azərbaycan parlamenti Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə ilə bağlı bəyanat qəbul edib.
Bəyanatı Milli Məclisin tribunasından deputat Cavanşir Feyziyyev oxuyub.

Bəyanatda Fransanın beynəlxalq hüquqa və özünün də zamanında beynəlxalq hüquq prinsipi əsasında Azərbaycanla bağlı səs verdiyi ədalətli qərarlara qarşı hörmətsizlik kimi qiymətləndirilir.

Milli Məclisin qəbul etdiyi bəyanatın sonunda hökumətə üç əsas tövsiyyə irəli sürülüb.

Bunlardan birincisi, Fransa dövlətinin ATƏT-in Minsk Qrupuy həmsədrliyindən geri çağırılması üçün ATƏT rəhbərliyinə müraciət edilməsidir.

İkincisi, Azərbaycan-Fransa arasında siyasi münasibətlərə yenidən baxılması.

Üçüncüsü, Fransa ilə mövcud iqtisadi əlaqələrə baxıb yenidən qiymətləndirilməsi tövsiyyə edilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 39}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331