fim.az

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demarkasiya işləri aparılır

27-11-2020, 09:29

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demarkasiya işləri aparılır


Azərbaycan, Ermənistan, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.
"Ölkə.Az" “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, demarkasiya işlərinin bir hissəsi Azərbaycanın Kəlbəcər rayonunun Zod mədəninin ərazisində aparılır.

Qeyd olunub ki, sərhədin tam və dəqiq müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından son dərəcə vacibdir.

Bildirilib ki, demarkasiya işlərindən sonra, Ermənistan və Azərbaycan Silahlı Qüvvələri hərbi bazaları göstərilən sərhədlərdə yerləşdiriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 335}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22