fim.az

Millət vəkilləri qış tətilini harda keçiriblər? - ÖZLƏRİ AÇIQLAYIR

14-01-2021, 15:00

Millət vəkilləri qış tətilini harda keçiriblər? - ÖZLƏRİ AÇIQLAYIR


Dekabrın 31-dən yanvarın 15-dək millət vəkilləri üçün qış tətili hesab olunur. Ənənəvi olaraq qış tətilində millət vəkilləri müxtəlif istirahət mərkəzlərində istirahət edərdilər. Amma koronavirus pandemiyasına görə, qış istirahət mərkəzələri və digər istirahət mərkzələri fəaliyyət göstərmir. Bəs belə olan şəraitdə deputatlar qış tətilini necə keçiriblər?

Deputatlar arasında sorğu keçirib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, yaranmış fürsətdən istifadə edib seçildiyim Şabran və Siyəzəndə seçicilərlə görüşlər keçirdim:

"Görüşlər zamanı onların üzləşdiyi problemlər, qayğıları, ölkəmizdə həyata keçirilən işlər və qarşıda duran vəzifələrdən danışdıq. Görüşlər zamanı insanlar cənab Prezident İlham Əliyevin yürütdüyü siysəti, xüsusən də torpaqlarımızın işğaldan azad edilməsi istiqamətindəki fəaliyyətini, o cümlədən bundan sonrakı quruculuq işləri ilə bağlı planlarını dəsətklədiklərini birmənalı şəkildə bildirdilər. Seçicilər onu da bildirdilər ki, çətinliklərə dözməyə hazırdırlar, tki işğaldan azad oluna ərazilər tez bir zamanda bərpa olunsun".

Komitə sədri bildirib ki, tətil zamanı Siyəzən və Şabrandan İkinci Qarabağ savaşında döyüşərək şəhid olan hərbçilərimizin, həmçinin qazilər, onların ailələri ilə görüşüb, problemləri ilə yaxından tanış olduq.

Görüşlər zamanı seçicilərin bir sıra problemləri yerindəcə həll olundu. Bir sıra məsələlərlə bağlı aidiyyatı quurmlara müraciət olunub.
Millət vəkili Musa Qasımlı da tətil müddətində Yardımlı və Masallıdan olan seçiciləri, o cümlədən şəhid ailələrinə, qazi və onlaırn ailələri ilə görüşdüyünü deyib.

Millət vəkili İltizam Yusifov da seçildiyi Şirvan şəhərində seçicilərlə, o cümlədən şəhid və qazi ailələri, müalicə alan qazilərlə görüşdüyünü deyib.
Deputat Sahib Alıyev də tətilin əsas qismini Tərtərdə seçiciləri ilə görüşlərdə keçirib.
O bildirib ki, yanvarın 8-dən etibarən İkinci Qarabağ savaşında şəhid olmuş əzizlərimizin bir-bir ailələrini ziyarət edib, vəziyyətləri, problem və qayğılarıyla maraqlandıq. Bir sıra məsələlər vardı ki, yerindəcə həllini tapdı, digərlərinin həlli üçünsə uyğun strukturlarla əlaqə saxlayırıq və saxlayacağıq.

“Qəhrəman Tərtər bu savaşda da ən çox şəhid verən rayonlarımızdandır. Əlli yeddi şəhidimiz var, hamısının ruhu qarşısında baş əyirəm!
Şəhidlərimizin bir çoxunun valideynlərini dinləyərkən əmin olursan ki, övladlarının qəhrəman kimi yetişmələrində genləri və aldıqları tərbiyə az rol oynamayıb. Elə bir şəhid ailəsi olmadı ki, orada dövlətimizdən, Ali Baş Komandanımız cənab İlham Əliyevdən və Birinci vitse-Prezidentimiz Mehriban xanım Əliyevadan razılıq edilməsin, qazanılan zəfərə, göstərdikləri qayğıya görə minnətdarlıq bildirilməsin”- deputat qeyd edib.

Milli Məclisin vitse-spikeri Adil Əliyev də tətil müddətində seçicilərini qəbul edib və onların problemləri ilə yaxından maraqlanıb.
Deputat Etibar Əliyev də seçildiyi Suraxanı ərazisində seçicilər, şəhid ailələri və qazilərlər görüşlər keçirərək, onlaırn problemləri ilə yaxından tanış olub. Millət vəkili bildirib ki, seçicilərin üzləşdiyi bir sıra məsələlər yerindəcə həllini tapıb.
Millət vəkilləri Aydın Hüseynov, Razi Nurullayev, Müşfiq Məmmədov, Tahir Mirkişili, Arzu Nağıyev, Qənirə Paşayeva, Sevinc Fətəliyeva və digərləri də tətil müddətində seçiciləri ilə görüşüblər.
Ümumiyyətlə deputatlar bildiriblər ki, seçicilərin ən çox qaldırdığı və şikayət etdiyi məsələlər əsasən sosial problemlər, işsizlik, yaşadıqları ərazilərdə infrastrukturun olmamasındandır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 23}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331