fim.az

"Deyirlər ki, postlarınızı boşaldın, Qafan artıq Azərbaycana verilib...” – Erməni hərbçilər

15-03-2021, 11:35

"Deyirlər ki, postlarınızı boşaldın, Qafan artıq Azərbaycana verilib...” – Erməni hərbçilər


"Ermənistan hərbi polisi internetdə yayılan bir neçə hərbçinin "Qafan şəhərinin təslim edilməsi" haqda danışdığı video-yazını araşdırır".

Moderator.az xəbər verir ki, bunu Ermənistan Baş Prokurorunun müşaviri Qor Abramyan “Facebook” səhifəsində yazıb.

Qeyd edilir ki, bir müddət əvvəl “Mediaport” telegram-kanalı bir neçə erməni hərbçinin xidmət şərtlərindən şikayətləndikləri, bəzi əmr və təlimatlardan bəhs etdikləri bir video yayımlayıb.

"Bizə deyirlər ki, postlarınızı boşaldın, onsuz da Qafan artıq Azərbaycana təslim edilib. Burada hər tərəfdə türklərdir [azərbaycanlıları nəzərdə tutur]. Onlar 60-70 nəfərdir, biz isə yalnız 9 nəfərik. Əlaqə yoxdur, ratsiya yoxdur" – video-yazıda erməni hərbçilər belə deyir.

Sərhəddə xidmət şərtləri ilə bağlı yayımlanan məsələlərlə əlaqədar Gorus qarnizonunun prokuroru Hayk Markaryanın göstərişi ilə Qafan hərbi polis şöbəsində materiallar hazırlanır.

Qor Abrahamyan özü təhlükəsizlik səbəbi ilə bəhs edilən videonu yayımlamayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 105}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400