fim.az

İlham Əliyev postkonflikt dövrünü nəzərdən keçirmək üçün vacib faktı xatırlatdı

13-04-2021, 11:07

İlham Əliyev postkonflikt dövrünü nəzərdən keçirmək üçün vacib faktı xatırlatdı


“Müharibədən sonrakı dövr də çox həssasdır. Düzdür, atəşkəs rejimi qorunur, lakin hələ də postmüharibə dövründəki inkişafla bağlı çoxlu suallar var. Bu konfransın da mövzusu postkonlikt dövründə inkişaf və əməkdaşlıqla bağlıdır”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxış edərkən deyib.

Dövlət başçısının sözlərinə görə, postkonflikt dövrünü nəzərdən keçirməzdən öncə, başa düşmək lazımdır ki, Azərbaycan torpaqları 30 il işğalda qalıb.

Prezident deyib ki, Azərbaycan xalqı Ermənistanın həyata keçirdiyi Xocalı soyqırımını unuda bilməz: “Bunu anlamaq vacibdir ki, bu xatirələr bizimlədir və ürəyimizi ağrıdır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 215}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22