fim.az

Daxili İşlər nazirindən yeni təyinat

8-06-2021, 23:13

Daxili İşlər nazirindən yeni təyinat


Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
"Bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Məmmədov Xanlar Hüseyn oğlu Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsindən azad olunaraq həmin idarəyə rəis təyin edilib.

Nazirin digər əmri ilə Polis mayoru Ramin Mehtixanov Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq həmin idarəyə rəis müavini təyin olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 273}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22