fim.az

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul etdi - YENİLƏNİB

23-06-2021, 13:02

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul etdi - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrini qəbul edib.

BƏƏ-nin iqtisadiyyat naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin Rəşid Al Maktum və Əbu-Dabinin vəliəhdi Məhəmməd Bin Zayed Əl Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmirinə və Əbu-Dabinin vəliəhdinə çatdırmağı xahiş etdi.

Abdulla Bin Touq Al Marri ötən ilin iyulunda vəzifəsinin icrasına başladığı vaxtdan ilk rəsmi səfərinin Azərbaycana olmasından məmnunluq hissi keçirdiyini dedi.

Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi qeyd olundu, beynəlxalq təsisatlar çərçivəsində və ikitərəfli səviyyədə ölkələrimizin bir-birini dəstəkləməsi məmnunluqla vurğulandı.

Söhbət zamanı iqtisadi əlaqələrə toxunularaq, bu sahədə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə ixracın artdığı qeyd edildi. Eyni zamanda, qarşıdakı illərdə tərəfdaşlıq əlaqələrimizin ruhuna uyğun olaraq yeni investisiya imkanlarının müəyyən edilməsi, ticarət dövriyyəsinin artırılması və biznes əlaqələrinin genişləndirilməsi istiqamətində işlərin həyata keçirilməsinin vacibliyi vurğulandı.

***

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrini qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 181}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22