fim.az

Generallar Kəlbəcərdə - FOTO

29-09-2021, 10:43

Generallar Kəlbəcərdə - FOTO


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilən ərazilərdə hərbi şəhərciklərin və digər hərbi struktur obyektlərinin kompleks şəkildə inşa edilərək hərbi qulluqçuların istifadəsinə verilməsi istiqamətində aparılan işlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçuların qida təminatının daha da yaxşılaşdırılması məqsədilə Kəlbəcər şəhərində çörək bişirmə sexinin açılışı olub.

Açılış mərasimində Müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları Komandanı general-mayor Ənvər Əfəndiyev iştirak ediblər.

Məruzə olunub ki, Kəlbəcər rayonunda xidmət edən hərbi qulluqçuların isti çörəklə vaxtında təmin edilməsi məqsədilə inşa edilən sex müasir avadanlıq və inventarlarla təchiz olunub. Çörək sexinə zəruri kommunikasiya xətləri çəkilib, fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generator quraşdırılıb.

Sexdə yaradılan şəraitlə tanışlıqdan sonra şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqları komandanlığa çatdırılıb.

Generallar Kəlbəcərdə - FOTOGenerallar Kəlbəcərdə - FOTOGenerallar Kəlbəcərdə - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 287}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22