fim.az

Daxili işlər orqanlarında yeni TƏYİNAT

9-10-2021, 12:18

Daxili işlər orqanlarında yeni TƏYİNAT


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.az məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Tahir Fərzəliyev Cəlilabad Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi təyin olunub. O, bundan əvvəl Astara Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Qeyd edək ki, Cəlilabad Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Mirfariz Ağalarov vəzifəsindən azad edilərək, sərəncama götürülüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 234}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22