fim.az

Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərindən danışdı

14-10-2021, 13:30

Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərindən danışdı


"Bütün çətinliklərə baxmayaraq Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərzi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır".
"Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

Azərbaycanın qeyd olunan prinsiplərə riayət etməklə Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasına çağırdığı qeyd olunub.

Nazir, Azərbaycanın üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərin, o cümlədən regionda bütün kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmaların yerinə yetirilməsinə sadiq olduğunu vurğulayıb. Kommunikasiya əlaqələrinin açılmasının regiondakı bütün dövlətlərə fayda gətirəcəyi və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcəyindən əminlik ifadə edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 272}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22