fim.az

Azərbaycan Müdafiə Nazirliyindən ermənilərə daha bir XƏBƏRDARLIQ

15-10-2021, 13:37

Azərbaycan Müdafiə Nazirliyindən ermənilərə daha bir XƏBƏRDARLIQ


Azərbaycan Müdafiə Nazirliyi qanunsuz erməni silahlı dəstə üzvlərinə xəbərdarlıq edib.
Nazirlikdən daxil olan xəbərdarlıqda deyilir:

"Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaqdır".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 58}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400