fim.az

Prezident: "Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - FOTOLAR

26-10-2021, 19:01

Prezident: "Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - FOTOLAR


Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üstündə Xarıbülbül təsviri olan saatlar hədiyyə edib.

Qardaş ölkənin lideri üstündə Şuşanın simvolu sayılan Xarıbülbülün əks olunduğu qol saatlarını Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra keçirilən görüşdə Azərbaycanın dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev deyib: "Təşəkkür edirəm. Gəlin, yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. Xarıbülbül təsviri də üstündə".

Rəcəb Tayyib Ərdoğan: "Biz Şuşaya səfər etdik. Saatların üstündə Şuşa var, Xarıbülbül də Şuşanın simvoludur".

Prezident İlham Əliyev: "Bəli, elədir. Çox sağ olun, təşəkkür edirəm!"

Qeyd edək ki, R.T.Ərdoğan 2021-ci il iyunun 15-də Şuşada səfərdə olub. Həmin gün Azərbaycan və Türkiyə liderləri Şuşa şəhərində bəyannamə imzalayıblar.

Prezident: "Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - FOTOLARPrezident: "Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - FOTOLARPrezident: "Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - FOTOLAR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 269}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22