fim.az

İlham Əliyev: "Üçtərəfli görüşün qərarları regionda təhlükəsizliyi artıracaq"

26-11-2021, 23:14

İlham Əliyev: "Üçtərəfli görüşün qərarları regionda təhlükəsizliyi artıracaq"


"Bakı Ermənistan tərəfdən konstruktiv münasibət görür".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların yekunlarına dair mətbuata açıqlamasında bildirib.

"Biz planlarımızı açıq şəkildə müzakirə etdik, hər iki tərəfi maraqlandıran məsələləri açıq müzakirə etdik”, - dövlət başçısı qeyd edib.

İlham Əliyev deyib ki, Azərbaycan Ermənistanla normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir.

"Hesab edirəm ki, bu üçtərəfli formatda biz məqsədlərimizə nail oluruq", - Prezident vurğulayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 242}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22