fim.az

Elçin Quliyev: "Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər"

1-12-2021, 14:08

Elçin Quliyev: "Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər"


“Bu gün hər birimizə burada iştirak etmək çox ağırdır, mənə də ağırdır. Silahdaşlarımızı itirdik.Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər. Vətən sağ olsun”.

Bu fikirləri Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Noyabrın 30-da baş vermiş helikopter qəzasında şəhid olan hərbçilərlə vida mərasimində çıxışı zamanı deyib:

“Şəhid olan zabitlərimizin, əməkdaşlarımızın valideynlərinə, əzizlərinə DX-nın bütün şəxsi heyəti və rəhbər heyəti adından başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Əmin ola bilərsiniz ki, hər bir azərbaycanlı sərhədçi şəhidlərimi haqqında olan bütün məlumatları ürəklərində, zehinlərində daşıyacaqlar. Onların vətənə xidmətdə göstərdikləri qəhrəmanlıqları yaşadaraq gələcək nəsillərə ötürəcəklər Bir daha başınız sağ olsun. Bütün valideynlər qarşısında baş əyirəm”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 192}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22