fim.az

Bu gün Prezident İlham Əliyev NATO-nun Baş katibi ilə görüşəcək

14-12-2021, 11:03

Bu gün Prezident İlham Əliyev NATO-nun Baş katibi ilə görüşəcək


Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın paytaxtı Brüsselə işgüzar səfəri çərçivəsində bu gün Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.

"Məlumatı NATO-nun rəsmi saytı yayıb.

Məlumata görə, Alyansın mənzil qərargahında Prezident İlham Əliyevlə NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olacaq.

Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün dünən Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 280}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22