fim.az

Türkiyə və Ermənistan xüsusi nümayəndələri Rusiya XİN-də - Video

14-01-2022, 12:32

Türkiyə və Ermənistan xüsusi nümayəndələri Rusiya XİN-də - Video


Bu gün Rusiyanın Moskva şəhərində Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüş keçiriləcək.

“RİA Novosti” xəbər verir ki, hər iki ölkənin nümayəndə heyətləri artıq Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə gəlməyə başlayıb.

Xatırladaq ki, Türkiyə tərəfinin xüsusi nümayəndəsi ölkənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç, Ermənistanın isə parlamentin sədrinin müavini Ruben Rubinyandır.

Dünən Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan qeyd edib ki, bugünkü görüş tanışlıq xarakteri daşıyır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 72}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400