fim.az

Baş Prokurorluqdan "Tərtər işi" ilə bağlı AÇIQLAMA

15-02-2022, 12:27

Baş Prokurorluqdan "Tərtər işi" ilə bağlı AÇIQLAMA


Əvvəllər də “Tərtər işi” adlandırdığımız cinayət hadisəsi ilə bağlı bir çox hərbi qulluqçulara işgəncə verilməsi faktı mövcuddur.

Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. O bildirib ki, 16 dek 2021 tarixində prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya başlanılıb:

“Tərtər işi” ilə bağlı 296 nəfər zərərçəkmiş şəxsin dindirilməsi təmin olunub. 178 işgəncə verilmə faktı müəyyən edilib. Hazırkı tarixədək təqsirləndirilən şəxs qismində 4 nəfər hərbi qulluqçu barəsində həbs qətimkan təbiri seçilib.

O həmçinin söyləyib ki, təqsirli olan bütün şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 174}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22