Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paradda fəxri qonaq qismində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.
Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.
![Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak etdilər - FOTO Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak etdilər - FOTO](https://olke.az/file/articles/2022/03/23/1648020595_de9e26f4a23cd8e1c5542f6ca5ec8d9e.jpg)
![Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak etdilər - FOTO Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak etdilər - FOTO](https://olke.az/file/articles/2022/03/23/1648020644_524998c5f04f69c7cc10e174a972dcbe.jpg)
![Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak etdilər - FOTO Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak etdilər - FOTO](https://olke.az/file/articles/2022/03/23/1648020598_1366ede9a2712a051f1be6750f6cf697.jpg)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 169}