fim.az

Milli Məclisin 33 yaşlı yeni Aparat rəhbəri kimdir - Dosye

17-05-2022, 13:06

Milli Məclisin 33 yaşlı yeni Aparat rəhbəri kimdir - Dosye


Milli Məclisin 33 yaşlı yeni Aparat rəhbəri Hacıyev Fərid Famil oğlu 1989-cu ildə Bakı şəhərində anadan olub.

“Hacıyev orta təhsilini 23 saylı orta məktəbdə alıb, yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. O həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb.

Fərid Hacıyev çox gənc yaşlarında - Universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışıb. O, 2012-ci ildən Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərməyə başlamış və ötən dövrdə Milli Məclis Aparatında müxtəlif vəzifələrdə çalışıb.

Bu vəzifəyə təyin olunana qədər isə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

O, Azərbaycan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunub, beynəlxalq təlimlərdə iştirak etmiş və müvafiq sertifikat alıb. TürkPA ilə əməkdaşlıq çərçivəsində bir neçə model qanunun müəllifidir. Avropa Parlamentinin təşkil etdiyi müxtəlif layihələrdə və tədbirlərdə Milli Məclis Aparatını təmsil etmiş və parlamentin fəaliyyəti və büdcə nəzarəti mövzularında məruzələrlə çıxış edib. O, Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən həyata keçirilən "Şərq Tərəfdaşlığında müasir və güclü parlament administrasiyası" layihəsində Parlament Aparatını təmsil edir. Fərid Hacıyev Azərbaycan, ingilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 373}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22