Azərbaycan və Ermənistan ekspertlərinin görüşü keçirilib
Azərbaycan və Ermənistan ekspertlərinin Tiflisdə baş tutan görüşü Avropa ittifaqı (Aİ) tərəfindən təqdir edilib.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar azərbaycanlı və erməni ekspertlərin Cənubi Qafqazda davamlı sülhə və firavan gələcəyinin qurulmasına yönəlmiş hərəkətini alqışlayıb.
O qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı müzakirələr bir çox çağırışlar və gərgin emosiyalarla müşayiət olunur.
Bunu nəzərə alaraq, o, tərəflər arasında dialoq qurmaq və etimadı gücləndirmək səylərinə ortaya qoymaq əzmini alqışlayıb.
Xatırladaq ki, iyunun 29-30-da Gürcüstanda Aİ-nin dəstəyi ilə erməni və azərbaycanlı ekspertlərin dəyirmi masası keçirilib və orada Cənubi Qafqazda sülh və firavan gələcək məsələsi müzakirə olunub.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti