fim.az

Laçın şəhərinin mərkəzində Azərbaycanın bayrağı sancıldı: Ali Baş Komandana məruzə -VİDEO

26-08-2022, 13:12

Laçın şəhərinin mərkəzində Azərbaycanın bayrağı sancıldı: Ali Baş Komandana məruzə -VİDEO


Azərbaycan Ordusunun avqustun 26-da Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməsi Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub.

Məruzəni Ordu Korpusunun komandiri, general-mayor Kənan Seyidov edib.

“Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!” – məruzədə deyilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 282}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22