fim.az

Təxribatların məqsədləri və nəticələri - ŞƏRH

13-09-2022, 09:54

Təxribatların məqsədləri və nəticələri - ŞƏRH


Sərhəddə bir neçə istiqamətdə baş verən qanlı hadisələr üçün bütün məsuliyyət təcavüzkar Ermənistanın hərbi-siyasi komandalığının üzərinə düşür. İrəvanın bu əməllərinin arxasında aşağıdakı niyyətlər dayanır:

1. Üçtərəfli bəyanatın şərtlərinin (işğalçı qüvvələrin Qarabağdan çıxarılması, dövlət sərhədinin delimitasiyası, demarkasiyası, yekun sülh müqaviləsinin imzalanması və s.) yerinə yetirilməməsini daha da uzatmaq.
2. Qarabağa əlavə terrorçu dəstələr göndərmək.

3. KTMT-ni bu işə cəlb etmək.
4. Kəlbəcər, Laçın və digər rayonlarda Azərbaycanın həyata keçirdiyi quruculuq işlərinə mane olmaq.
5. Azərbaycanlıların işğaldan azad edilmiş torpaqlarına qayıtmasına mane olmaq.
6. Vaxt uzatmaqla özü üçün əlverişli şəraitin yaranmasını gözləmək.
7. Qanlı təxribat təcavüzkar ölkənin hərəkətlərindən istifadə edərək yenidən regiona qayıtmaq istəyən dövlətlərin niyyətlərinə qulluq edir.

Təxribatın labüd nəticələri:

1. Qüdrətli Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Ermənistan bu dəfə də məğlub ediləcəkdir.
2. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə tikinti-quruculuq işlərini rahat bir şəkildə davam etdirməkdən ötrü sərhəddə təhlükəsizlik zolağı yaratmaq barədə düşünə bilər.
3. KTMT-nin müdaxiləsi, bu təşkilata üzv olan ölkələrlə Azərbaycanın ikitərəfli münasibətlərinin səviyyəsinə görə mümkün görünmür. Başqa ölkələr də təcavüzkar Ermənistanı sözdə müdafiə etsələr belə, analar öz övladlarının buralara göndərilməsinə etiraz edərlər.
4. Qarabağa gələn cinayətkar ünsürlər, milyarder qorxularından qaçıb gedəcək.

Bizim davranışlarımız

Belə şəraitlər hər bir vətəndaşdan yüksək məsuliyyət tələb edir.44 günlük müharibə göstərdi ki, Müdafiə Nazirliyimizin verdiyi məlumatlar dəqiq idi. İndi də mediamız və sosial şəbəkə istifadəçiləri ancaq nazirliyin məlumatlarına əsaslanmalıdırlar. Həmişə olduğu kimi yenə də Ordumuzun yanındayıq. “Dəmir yumruq” bu dəfə də öz işini görəcəkdir. Allah Ordumuzu qorusun və daim müzəffər eləsin!

Milli Məclisin üzvü Musa Qasımlı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 258}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22