fim.az

Vilayət Eyvazovdan yeni təyinat

21-09-2022, 14:17

Vilayət Eyvazovdan yeni təyinat


Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.

Unikal xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Tağızadə Əlhüseyn Elşən oğlu Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsinə rəis təyin olunub.

Digər əmr ilə polis kapitanı Baloğlanov Əhməd Bilal oğlu Şirvan ŞPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi təyin edilib.

Qeyd edək ki, onlar bu təyinata qədər Şirvan ŞPŞ-də çalışıblar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 76}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22