fim.az

Milli Məclis Prezidentə məktub ünvanladı

23-12-2022, 12:15

Milli Məclis Prezidentə məktub ünvanladı



Cənab Prezident İlham Əliyev Azərbaycanın müzəffər lideridir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker deyib ki, cənab Prezidentin yürütdüyü müdrik, cəsarətli, qətiyyətli siyasət nəticəsində uzun illər işğal altında olan Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilərək, tarixi ədalət bərpa edilib.

O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bundan sonra da ciddi uğurlara imza atacaq.

Spiker sonda Milli Məclis adından cənab Prezident İlham Əliyevin doğum günü münasibəti ilə təbrik məktubunun ünvanlamasını təklif edib. Təbrik məktubunda Prezidentə fəaliyyətində uğurlar arzular əksini tapıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 178}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22