fim.az

Rəsmi Bakıdan ABŞ Dövlət Departamentinə cavab

25-01-2023, 14:22

Rəsmi Bakıdan ABŞ Dövlət Departamentinə cavab


“Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi!”.

“Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobilin Laçın yolundan keçməsi ABŞ Dövlət Departamenti sözçüsünün yanvarın 24-də dediklərinin əksini sübut edir.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə Azərbaycanı Laçın yolundakı “blokada”nı açmağa çağırmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 110}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22