fim.az

Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü planlaşdırılır

26-05-2023, 10:02

Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü planlaşdırılır


“Regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qalan məsələlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin gələn həftə görüşü planlaşdırılır”.

Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edib.

“İndi biz razılaşdıq ki, yaxın gələcəkdə, bir həftə sonra mən həmkarlarımdan xahiş edəcəm ki, bu tarix barədə razılığa gəlsinlər, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri görüşəcəklər və indiyə qədər tənzimlənməmiş, belə demək mümkünsə, suallar aradan qaldırılacaq”, - deyə o əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 77}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22