fim.az

Azərbaycan Prezidenti əmin edib ki... - İranın xarici işlər naziri

25-07-2023, 12:38

Azərbaycan Prezidenti əmin edib ki... - İranın xarici işlər naziri


Azərbaycan Ermənistanla İran arasında dəhliz yaratmaq və tarixi yolları bağlamaq istəmir və heç vaxt da çalışmayacaq.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bəyan edib.

O, Ermənistan xarici işlər naziri ilə regionda mövcud dəhlizlər, tranzit imkanları və kommunikasiyalar üçün maneələrin aradan qaldırılmasının zəruriliyindən danışdıqlarını və iki ölkə arasında tarixi və ənənəvi marşrutlara heç bir maneənin olmadığını qeyd edib.

Onun sözlərinə görə, Tehran və İrəvan tranzit marşrutlarının əhəmiyyətinə xüsusi önəm verirlər.

“Tehran və İrəvan tranzit marşrutlarına xüsusi önəm verir. Mən bugünkü danışıqlarda həmkarıma izah etdim ki, Azərbaycan Prezidenti ilə görüşdə İlham Əliyev məni əmin etdi ki, Azərbaycan İranla Ermənistan arasında dəhliz və tarixi yolları bağlamağa çalışmır və buna cəhd də etmir. Biz Azərbaycan rəsmilərinə izah etdik ki, böhran şəraitində belə, Azərbaycandan Naxçıvana gedən əlaqə marşrutunu bağlamayacağıq və bu məsələdə iki ölkə arasında razılıq var”, - deyə İranın xarici işlər naziri bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 165}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22